Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
Bolqarıstanın paytaxtı Sofiyada qadın və kişi boksçular arasında Avropa çempionatında Azərbaycan millisinin iki üzvü rinqə çıxıb və hər ikisi qələbə qazanıb.70 kiloqram çəki dərəcəsində mübarizə aparan Nəbi İsgəndərov Monteneqro təmsilçisini məğlub edib. Boksçumuz sentyabrın 19-da 1/8 finalda xorvatiyalı rəqibi ilə qarşılaşacaq.85 kiloqram çəki dərəcəsində isə Seyid Seyidov belçikalı idmançını üstələyib. Milli üzvünün 1/8 finaldakı rəqibi ispaniyalı boksçudur.Avropa çempionatının qalibləri sentyabrın 25-də müəyyənləşəcək.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan%C4%B1n-2-boks%C3%A7usu-avropa-%C3%A7empionat%C4%B1na-q%C9%99l%C9%99b%C9%99-il%C9%99-ba%C5%9Flay%C4%B1b

