Azərbaycanın şahmat millisi dünya çempionatında mübarizəyə başlayır
Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində keçiriləcək dünya çempionatında bu gün mübarizəyə başlayacaq. A qrupunda yer alan yığma ilk olaraq Peru ilə üz-üzə gələcək. Millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır. Qeyd edək ki, dünya çempionatı noyabrın 24-də başa çatacaq.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan%C4%B1n-%C5%9Fahmat-millisi-d%C3%BCnya-%C3%A7empionat%C4%B1nda-m%C3%BCbariz%C9%99y%C9%99-ba%C5%9Flay%C4%B1r

