Azərbaycanı idmançıları beynəlxalq reqatada 4 medal qazanıblar
Gürcüstanda keçirilən beynəlxalq kayak və kanoe reqatasında Azərbaycan idmançıları dörd medal qazanıblar.Kanoeçilər Rüstəm Əsgərov və Fəxri Sadıqlı 200 metr məsafəyə ikinəfərlik qayıq yarışında bürünc medala sahib olublar. Kayak yarışlarında isə Yunus Əhmədov iki gümüş medal qazanıb. Bundan başqa, Sənan Cəfərzadə və Tahir Mövsümov cütlüyü də müxtəlif yaş qrupları üzrə keçirilən yarışda gümüş medala layiq görülüb.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan%C4%B1-idman%C3%A7%C4%B1lar%C4%B1-beyn%C9%99lxalq-reqatada-4-medal-qazan%C4%B1blar

