"Azəralüminium" istehsal və ixracla bağlı hədəflərini açıqlayıb
“Azəralüminium” şirkəti 2030-cu ilə qədər illik ixrac gəlirini 340 milyon manata çatdırmağı planlaşdırır. Bunu "Azəralüminium"un maliyyə üzrə direktor müavini Ceyhun Abdullayev 31-ci Bakı Enerji Forumunda bildirib.Hazırda ixrac dəyəri 80 milyon manatdır. Məhsullar əsasən ABŞ, Türkiyə, Yunanıstan və Böyük Britaniyaya göndərilir.Yaxın illərdə istehsal gücü iki dəfə artırılacaq, illik alüminium istehsalı isə 100 min tona çatdırılacaq.
url:
http://kepezfm.az/xeberler/az%C9%99ral%C3%BCminium-istehsal-v%C9%99-ixracla-ba%C4%9Fl%C4%B1-h%C9%99d%C9%99fl%C9%99rini-a%C3%A7%C4%B1qlay%C4%B1b

