Xarici İşlər Nazirliyi Fransanın Avropa və xarici işlər naziri Jean-Noël Barrotnun Fransa Senatında Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərə sərt reaksiya verib.XİN-in mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Fransalı nazirin Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı “Dağlıq Qarabağ” ifadəsini işlətməsi qəbuledilməzdir və bu, ölkənin suverenliyinə qarşı yanaşma kimi qiymətləndirilir.Azərbaycan öz suveren ərazilərində beynəlxalq hüquqa uyğun şəkildə fəaliyyət göstərib və bölgədə davamlı sülh üçün yeni şərait yaranıb.Ermənistanın işğalı dövründə Azərbaycan ərazilərində yüzlərlə məscid və mədəni irs nümunəsi dağıdılıb, lakin Fransa bu məsələlərə münasibət bildirməyib. Rəsmi Bakı Fransanın yalnız bəzi tikililərin sökülməsi məsələsinə diqqət yetirməsini ikili standart kimi qiymətləndirib. Fransa tərəfinin UNESCO missiyası ilə bağlı səsləndirdiyi fikirlərin reallığı əks etdirmədiyi qeyd olunub.Azərbaycan dəfələrlə Qarabağa qiymətləndirmə missiyasının göndərilməsini dəstəkləsə də, bu proses Ermənistan və Fransa tərəfindən əngəllənib.Fransa rəsmilərinin bu cür açıqlamaları regionda həqiqi və dayanıqlı sülh prosesinə xidmət etmir.

