Aysel Əlizadə: "Artıq həyat yoldaşı arzulayıram"

Aysel Əlizadə: "Artıq həyat yoldaşı arzulayıram"

"Səhnəyə ilk gəldiyim günlərdən sponsor sözü ətrafında qalmaqallar görürəm. Bu söhbət ifrat dərəcəyə gəlib çıxıb. Bu haqda təkcə mediada yazılmır, sosial şəbəkədə bir foto qoyan kimi altına "sponsoru var" yazırlar".

Bu sözləri açıqlamasında müğənni Aysel Əlizadə söyləyib.

Sənətçi bildirib ki, ona da sponsorluq etmək istəyənlər az deyil:

"Hamının sevdiyi də var, ailə qurmaq istədiyi də. Heç bir gənc xanım subay qalmır, sevdiyi də olur, gec-tez ailə də qurur. Bizim ölkədə sponsor sözünün mənası "sənə pul xərcləyən sevgili" deməkdir. Başa düşmürəm, oğlan sevdiyi qadına pul xərcləyə bilməz? İnsan sevgilisinə jestlər edib, hədiyyələr ala bilər. Bunu düzgün qələmə vermirlər.

Baxımlı xanımam, gəncəm, efirdə olan biriyəm, mənə də təkliflər gəlir. Bunun içində evlilik təklifi də, sponsorluq etmək istəyən də, sevgilisi olmağımı arzulayan da olur. Pul altında olan sevgili təklifləri bu gün hamıya göndərirlər. Küçədən keçən adi bir xanıma da o təklif gəlir. Elə olub ki, məcbur mənə hədiyyə göndərməyə çalışıblar. Amma tanımadığım insandan hədiyyə qəbul etməyi xoşlamıram. Yalnız mənim sənətimi sevib hədiyyə göndərənlərin jestini qəbul edirəm".

Həyatında heç kim olmadığını deyən A.Əlizadə artıq ailə qurmaq istədiyini açıqlayıb:

"Hazırda sevgilim yoxdur. Son günlər bir qərar vermişəm: artıq mən sevgili yox, dost, həyat yoldaşı, hörmət edəcəyim və mənə hörmət edəcək, sonda isə sevəcəyim birini arzulayıram".

Ayşən Zeynallı

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 40
KƏPƏZFM / TOP 40
Dinlə, Hiss et, Arzula!
TOP 40
AZERI TOP 10
KƏPƏZFM / Milli 10-luq
Dinlə, Hiss et, Arzula!
Milli 10-luq