Canlı
Ayrılıq İdo Tatlısəsi pis hala saldı

Ayrılıq İdo Tatlısəsi pis hala saldı

Türkiyəli müğənni İbrahim Tatlısəsin oğlu İdo Tatlısəsin yeni görüntüsü kər kəsi heyrətləndirib. 10 aydır sevgili olduğu model Yasemin Şefkatlidən ayrılan İdo arıqlığı ilə diqqət çəkib. Ötən gün konsert verən müğənni pəhriz saxladığını və iki ayda 10 kiloqram arıqladığını deyib: “Bir az arıqlamışam. Yemək yeyə bilmirəm. Arıqlamağımda ayrılığın da rolu var. Gördüyünüz kimi belə olmuşam. Yaseminlə sevgili olanda pəhrizə başlamışdım. İki ay ərzində 10 kiloqram arıqlamışam”. Qeyd edək ki, cütlük 15 gündür ayrılıb.

2018-07-11 / 21:55