Aygün Namiqə görə küsdüyü Oksana ilə barışdı

Aygün Namiqə görə küsdüyü Oksana ilə barışdı

İllərdir ki, küsülü olan və bir müddət əvvəl barışan xalq artisti Aygün Kazımova ilə rəqqasə Oksana Rəsulova yenidən bir araya gəlib.

Yeni il çəkilişində iştirak edən hər iki məşhur fotolarını sosial şəbəkədə izləyiciləri ilə bölüşüblər.

Selfi çəkdirən Oksana və Aygün barışdıqlarını foto paylaşaraq bir daha elan ediblər.

Xatırladaq ki, A.Kazımova və Oksana arasında mübahisəyə səbəb meyxanaçı Namiq Qaraçuxurlu olmuşdu.

O. Rəsulovanın adı bir müddət Namiqlə hallanmışdı. Həmin ərəfədə N.Qaraçuxurlu və Aygün Kazımova sevgili idi.

Aygünün bu səbəbdən Namiqdən ayrıldığı iddia olunmuşdu.

Ayşən Zeynallı