Canlı
Aygün Kazımova: “Şou-biznesdə baş verən çaxnaşma məni sevindirdi”

Aygün Kazımova: “Şou-biznesdə baş verən çaxnaşma məni sevindirdi”

“2017-ci il mənim həyatımda ən düşərli il oldu. 2018-ə isə tam sürətlə gedirik. Təbii ki, layihələrimi nəzərdə tuturam”. Bu sözləri xalq artisti Aygün Kazımova deyib. Pop diva həmçinin bildirib ki, it ili dostluq, sədaqət, birlik, sirdaşlıq ilidir: “Məncə, ən gözəl xüsusiyyətlər itdə cəmləşib. İstəyirəm ki, bu heyvanlarda olan müsbət xüsusiyyətlər insanlarda da olsun”. İfaçı heyvanlara xüsusi sevgisindən söz açıb: “Bildiyiniz kimi, heyvanların fanatıyam. Evdə iki “qızım” var. İlqarə ilə 3 olur. İnanın ki, onları ailə üzvlərimizdən ayırmırıq, böyük sevgi ilə yanaşırıq. Heyvanlar bizi təmənnasız sevən yeganə varlıqlardır”.

2018-01-01 / 11:21