Avtoxuliqanlıq edən sürücü həbs edilib
Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən, digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan "Tofaş" markalı nəqliyyat vasitəsinin sürücüsü Ü.Mirzəzadə DYP tərəfindən saxlanılıb.Sürücü barəsində protokol tərtib edilərək nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla inzibati qaydada həbs edilib.
url:
http://kepezfm.az/xeberler/avtoxuliqanl%C4%B1q-ed%C9%99n-s%C3%BCr%C3%BCc%C3%BC-h%C9%99bs-edilib-3

