Avtomobillərdən və evlərdən oğurluq edən şəxslər saxlanılıb
Bakının Binəqədi rayonunda avtomobillərin şüşələrini sındıraraq pul və maqnitofon oğurlayan N.Teymurov saxlanılıb. Onun təxminən 2 min manat nağd pul və 400 manatlıq maqnitofon oğurladığı müəyyən edilib. Şübhəli şəxs oğurladığı pulla ilkin ödəniş edərək özünə “iPhone 18” alıb.Xəzər rayonunda isə evlərdən elektrik naqilləri və mis borular oğurlayan 25 yaşlı E.Eynili saxlanılıb. Onun gecə saatlarında işıqları yanmayan evləri seçərək içəri girdiyi və əşyaları satdığı məlum olub. Şübhəlinin eyni üsulla bir neçə evdən oğurluq etdiyi bildirilir.Hər iki faktla bağlı araşdırma aparılır.
url:
http://kepezfm.az/xeberler/avtomobill%C9%99rd%C9%99n-v%C9%99-evl%C9%99rd%C9%99n-o%C4%9Furluq-ed%C9%99n-%C5%9F%C9%99xsl%C9%99r-saxlan%C4%B1l%C4%B1b

