Avtomobildən 24 kiloqram narkotik çıxdı
Bakının Qaradağ rayonunda keçirilən əməliyyatla narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən İ.Daşdəmirov saxlanılıb.Onun avtomobilindən ümumi çəkisi 24 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb. Araşdırmalarla İ.Daşdəmirovun xaricdə yaşayan narkotacirlərin tapşırıqları əsasında qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi müəyyən olunub.Faktla bağlı saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
url:
http://kepezfm.az/xeberler/avtomobild%C9%99n-24-kiloqram-narkotik-%C3%A7%C4%B1xd%C4%B1

