Hacıqabul və Sabirabad rayonlarında avtomobil yollarında yeni elektron tərəzilər quraşdırılıb.Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, iki tərəzi Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi yolunun Hacıqabul rayonunun Nəvahi qəsəbəsi ərazisində, Bakı və Qazax istiqamətlərində quraşdırılıb.Digər elektron tərəzi isə Hacıqabul-Bəhramtəpə-Mincivan yolunun Sabirabad rayonu ərazisində, paytaxt istiqamətində yerləşdirilib.Oktyabrın 2-dən həmin tərəzilər vasitəsilə yük avtomobillərinə nəzarət həyata keçiriləcək.Elektron sistem yük maşınlarının icazə verilən çəki və qabarit tələblərinə əməl edib-etmədiyini avtomatik müəyyənləşdirəcək. Qayda pozuntusu aşkarlandıqda məlumat real vaxt rejimində mərkəzi informasiya sisteminə ötürüləcək və elektron qaydada inzibati qərar çıxarılacaq.

