Avtobusda boş yer olmadığı təqdirdə sərnişinlərə bildiriş göndəriləcək
“Biletim.az” portalında yeni bildiriş funksiyası istifadəyə verilib. Artıq vətəndaşlar səfər etmək istədiyi reys üzrə istədikləri boş yer olmadıqda bildiriş funksiyasını aktivləşdirə bilərlər. Portalda şəxsiyyət vəsiqəsi məlumatlarını telefonla skan etmək, 5 şəxsiyyət vəsiqəsi və 5 xarici pasport məlumatı əlavə etmək, gediş-gəliş bileti almaq və “myGov ID” ilə sürətli giriş imkanları da yaradılıb.
url:
http://kepezfm.az/xeberler/avtobusda-bo%C5%9F-yer-olmad%C4%B1%C4%9F%C4%B1-t%C9%99qdird%C9%99-s%C9%99rni%C5%9Finl%C9%99r%C9%99-bildiri%C5%9F-g%C3%B6nd%C9%99ril%C9%99c%C9%99k

