ATU-da ilk süni intellekt əsaslı ağıllı elektrik avtomobilinin təqdimatı olacaq
Azərbaycan Texnologiya Universitetinin İnnovasiya Mərkəzi tərəfindən hazırlanan ilk süni intellekt əsaslı “ATU-Car” adlı ağıllı elektrik avtomobilin təqdimatı 5 noyabr 2025-ci il, saat 13:00-da keçiriləcək. Təqdimat Zəfər Gününə həsr olunmuş “Elm və texnologiyaların müasir trendləri” adlı Respublika Elmi-Praktik Konfrans çərçivəsində baş tutacaq. Layihə günəş panelli enerji sistemi, hərəkət sensorları ilə enerji bərpası, GPS idarəetməsi və proqramlaşdırılmış “beyin” sistemi ilə təchiz olunub.
url:
http://kepezfm.az/xeberler/atu-da-ilk-s%C3%BCni-intellekt-%C9%99sasl%C4%B1-a%C4%9F%C4%B1ll%C4%B1-elektrik-avtomobilinin-t%C9%99qdimat%C4%B1-olacaq

