Astara, Tərtər, Ağdaş və Goranboyda səyyar tibbi müayinələr təşkil edilib
Astara, Tərtər, Ağdaş və Goranboy rayonlarında sakinlər üçün səyyar tibbi müayinələr təşkil edilib. Bu barədə TƏBİB-dən məlumat verilib. Rayon mərkəzi xəstəxanalarının həkimləri icbari tibbi sığorta çərçivəsində 230-dan çox sakinə, uşaqlar da daxil olmaqla, 360-dan çox tibbi xidmət göstəriblər. Müayinələr zamanı ehtiyacı olan sakinlər aidiyyəti tibb müəssisələrinə yönləndirilib.
url:
http://kepezfm.az/xeberler/astara-t%C9%99rt%C9%99r-a%C4%9Fda%C5%9F-v%C9%99-goranboyda-s%C9%99yyar-tibbi-m%C3%BCayin%C9%99l%C9%99r-t%C9%99%C5%9Fkil-edilib

