Astanada “Orta Dəhlizin inkişafı” birgə layihəsi təqdim edilib
Astanada Prezident İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə “Orta Dəhlizin inkişafı” (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı olub. Orta Dəhliz, Çin və Orta Asiyanı Avropa ilə birləşdirən əsas nəqliyyat-marşrutudur və regional ticarətdə strateji rol oynayır. Proqnozlara görə, Çindən Azərbaycana daşımalar 2030-cu ilədək hazırkı səviyyədən üç dəfə çoxalacaq, bu isə layihənin əhəmiyyətini daha da artırır.
url:
http://kepezfm.az/xeberler/astanada-%E2%80%9Corta-d%C9%99hlizin-inki%C5%9Faf%C4%B1%E2%80%9D-birg%C9%99-layih%C9%99si-t%C9%99qdim-edilib