"Arvadlarını götürüb gedəcəklər..." - Nadir

"Arvadlarını götürüb gedəcəklər..." - Nadir

Çəkici əlində hər zaman ehtiyatda saxlıyan, lazımsız mismarları bir zərbə ilə yerinə oturtmağa hazır olan Nadiq Qafarzadəni elə Azərbaycanda tapmışkən bir-iki kəlmə söhbətləşdik. Bax, həmin söhbətləşmədən ən maraqlı hissələri seçib sizə təqdim edirik.

Nadir Qafarzadənin özünün dediyi kimi, sağlam, yaraşıqlı qalmaq üçün o, Avropanın altından girib üstündən çıxıb. Üstəlik boş dayanmayıb repertuarına yeni mahnılar da daxil edib.

Nadir Qafarzadə: “Mən bu yaxınlarda Cahangir Cahangirovdan bir mahnı oxudum, “Sevgilim, söyləmə vəfasız mənə”. Sözləri Süleyman Rüstəmə aiddir. Orda İntizar məni müşaiyət edib. Novruz Aslandan “ Əzizlərim” mahnısını oxudum. Radiolarımızda səslənir. Yeni il üçün ritmik bir mahnı oxumuşam. 90-cı illərdə bir İsveç qrupu vardı, “Secret service”. Musiqi kompozisiya formasındad idi. Mən ona söz yazıb yeni aranjimanda səsləndirdim”.

Tək icləyicisi həyat yoldaşı olan və ancaq ona konsert verməklə bir ilkə imza atan Nadir ömür-gün yoldaşı üçün sevgisinin gündən-günə alovlandığını söylədi.

Nadir Qafarzadə: “Onsuz qala bilmirəm. Məni qınamayın. Dəhşətdir bu. Bilmirəm, başqalarında da belədir, yoxsa. Son illər bu istilik daha da alovlanır”.

“Bizim haqqımızda danışanda həyat yoldaşım istəmir qulaq assın. Deyir ki, camaat elə biləcək ki, biz özümüzü gözə soxuruq. Deyirəm ki, onu fikirləşən anormal bir insandır”.

Qızının olmamasından təəssüflənən müğənni yaşlananda həyat yoldaşı ilə tək qala biləcəyi ehtimalını da dilə gətirdi.

Nadir Qafarzadə: “Bu iki erkəyi evləndirdikdən sonra arvadlarını da götürüb gedəcəklər, yadlarına düşməyəcəyik. Gərək bir qızımız olaydı. Qızımız qalmadı. Qızımız qalsaydı, bəlkə, bu fikirlər məndə olmazdı. Nə bilim, bəlkə, gəlinim mənə qız olacaq”.

“Allah yəqin mənə deyib, sən gəlin əlinə baxmalısan”.

Nadir Qafarzadə böyük oğlunun evlənmə məsələsinə münasibt bildirərkən, onun seçiminə hörmətlə yanaşacağını vurğuladı. Ancaq....

Nadir Qafarzadə: “Gəlin namizəd hələ yoxdur. Həyat yoldaşım deyir, qoy uşaq biraz özünə gəlsin. Ancaq yox da demir mənə. Deyir evləndir də. Kiçik oğlum deyir ki, Loğman evlənmirsə məni evləndir. 18 yaşı var hələ. Deyirəm, otur yerinə. Kimi alır alsın. Ancaq ağılla alsın. Təki xoşbəxt olsun. Mənə onun nə pulu, nə çörəyi, heç nəyi lazım deyil. Əksinə hər şeyi mən verirəm”.

Müğənni, oğlunun avropalı bir qızla evlənəcəyi halda qızın müəyyən şərtlərə riayət etməli olduğunu da xatırlatdı.

Nadir Qafarzadə: “Avropalı qız da ola bilər. Bu onun istəyidirsə, qoy olsun. Amma gələn kimi o, bizim adət-ənənəni, milli mentaliteti qəbul etməlidir. Avropada olan Avropda qalacaq. Burda Azərbaycan qanunları var”.

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 40
KƏPƏZFM / TOP 40
Dinlə, Hiss et, Arzula!
TOP 40
AZERI TOP 10
KƏPƏZFM / Milli 10-luq
Dinlə, Hiss et, Arzula!
Milli 10-luq