AQTA: Ötən il 7 obyektdə qanun pozuntuları aşkar edilib
“Ötən il aparılan yoxlamalar zamanı 7 obyektdə qanun pozuntuları aşkar edilib. "Qırmızı kitab"a daxil olan oxlu kirpi və turac ətləri satışa çıxarılıb və ya qida məqsədilə istifadə olunub. Mal əti adı altında isə satılan məhsullardan götürülən nümunələrin bir qismində at və camış ətinə məxsus genetik izlər aşkarlanıb. Həmçinin bəzi toyuqlar sintetik boyalarla süni sarı rəngə boyanıb, dadlandırıcı maddələr normadan artıq istifadə olunub. Bu pozuntularla bağlı inzibati tədbirlər görülüb və ov ətlərindən qanunsuz istifadə halları da qeydə alınıb” – bunu AQTA-nın sədr müavini Əziz Şərifov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
url:
http://kepezfm.az/xeberler/aqta-%C3%B6t%C9%99n-il-7-obyektd%C9%99-qanun-pozuntular%C4%B1-a%C5%9Fkar-edilib

