Amnistiya aktı 18 355 nəfərə şamil edilib
Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktı fevralın 19-na qədər 18 min 355 nəfərə şamil edilib.Baş Prokurorluğun məlumatına görə, onlardan 5 min 638 nəfəri azadlıqdan məhrum edilməkdən azad olunub. 572 nəfəri isə döyüşlərdə iştirak etmiş qadınlar, əlillər və 18 yaşına çatmayanlardır.Ehtiyatsızlıqdan və az ağır cinayətlərdən məhkum olanlar da amnistiyadan yararlanıb. Ümumilikdə 9 min 215 nəfər digər cəzalardan azad edilib.
url:
http://kepezfm.az/xeberler/amnistiya-akt%C4%B1-18-355-n%C9%99f%C9%99r%C9%99-%C5%9Famil-edilib

