Canlı
Amaliya Pənahova vəfat etdi

Amaliya Pənahova vəfat etdi

Xalq artisti Amaliya Pənahova vəfat edib. Bu haqda əməkdar artist Hüsniyyə Mürvətova deyib. O bildirib ki, aktrisa bir müddətdir xəstə imiş: "Reanimasiyada idi. Səhhəti pisləşmişdi. İndi xəbər aldıq". Aktrisanın nəşi hazırda Təzə Pir məscidinə aparılır. Pənahovanın sənət dostları onunla vidalaşmaq üçün məscidə yollanıblar. A.Pənahova ilə vida mərasimi isə sabah saat 12:00-da Akademik Milli Dram Teatrında baş tutacaq.

2018-11-08 / 11:56