Hərbi eskalasiya çıxış yolu deyil. Bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib. Nazir İran rəhbərliyini təcili şəkildə danışıqlarda ortaq maraqlarını ifadə etməyə çağırıb.Vadeful həmçinin İranın, Xəzər hövzəsinin və Körfəz ölkələrinin yeni hərbi eskalasiyadan qorunmasının vacibliyini qeyd edib.O, Almaniyanın Azərbaycan və Ermənistan arasında sülhün bərpasına dəstək verməyə hazır olduğunu deyib.Nazirlər arasında geniştərkibli görüşündə tərəflər həmçinin Orta Dəhlizin inkişafı, işğaldan azad edilmiş ərazilərin bərpası, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini də müzakirə ediblər.

