Allahşükür Paşazadə: Tarixi ərazilərimizdə dini-mənəvi müstəvidə ədalətin bərpası əsas məsələlərdəndir
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Qərbi Azərbaycan İcması ilə birgə keçirilən tədbirdə deyib ki, Azərbaycanın tarixi ərazilərində dini-mənəvi müstəvidə ədalətin bərpası əsas məsələlərdəndir.Əsas vəzifə Azərbaycanın qələbəsinin davamlılığını təmin etmək üçün birgə fəaliyyət göstərməkdir. Dövlətin ərazi bütövlüyü və suverenliyi bərpa olunduqdan sonra tarixi torpaqlarda mədəni-mənəvi suverenliyin təmini xüsusi əhəmiyyət daşıyır. Qarabağ, Zəngəzur və Qərbi Azərbaycan torpaqlarına qayıdış mühüm məsələdir və bu prosesdə din xadimlərinin də üzərinə məsuliyyət düşür.
url:
http://kepezfm.az/xeberler/allah%C5%9F%C3%BCk%C3%BCr-pa%C5%9Fazad%C9%99-tarixi-%C9%99razil%C9%99rimizd%C9%99-dini-m%C9%99n%C9%99vi-m%C3%BCst%C9%99vid%C9%99-%C9%99dal%C9%99tin-b%C9%99rpas%C4%B1-%C9%99sas

