Allahşükür Paşazadə: Hicab mövzusundan dövlətçiliyə qarşı istifadə edirlər
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə xarici qüvvələrin vahid məktəbli forması məsələsindən istifadə edərək cəmiyyətdə qarşıdurma yaratmağa çalışdığını bildirib.O, Nazirlər Kabinetinin məktəbli forması ilə bağlı qərarında hicab sözünün olmadığını, lakin məsələnin məqsədli şəkildə bu istiqamətə yönəldildiyini deyib.Şeyxülislam dindarları səbirli olmağa çağırıb və onların dinindən istifadə edərək dövlətə qarşı gərginlik yaradılması cəhdlərini qəbuledilməz adlandırıb. O, Azərbaycanda müsəlmanlara təzyiq göstərilməsi ilə bağlı iddiaları təkzib edib, işğaldan azad edilmiş ərazilərdə məscidlərin bərpasını və dini həyatın canlanmasını vurğulayıb.
url:
http://kepezfm.az/xeberler/allah%C5%9F%C3%BCk%C3%BCr-pa%C5%9Fazad%C9%99-hicab-m%C3%B6vzusundan-d%C3%B6vl%C9%99t%C3%A7iliy%C9%99-qar%C5%9F%C4%B1-istifad%C9%99-edirl%C9%99r

