Alişan- "SEVGİLİ OLA BİLMƏRİK"

Alişan- "SEVGİLİ OLA BİLMƏRİK"

Müğənni Alişan müsahibəsində model Çağla Şikellə münasinətlərinə aydınlıq gətirib. 40 yaşlı sənətçi onunla sevgili ola bilmə ehtimalını istisna edib:
"Çağlayla "Cennet mahellesi" serialında tanış olduq. Dərhal da yaxın dosta çevrildik. Çağla çox xoş, gözəl bir qadındır. Türkiyə və Avropa gözəlidir, qüsursuz bir qadındır, amma mənə xitab etmir. Zövqləmiriz, həyat tərzlərimiz bir-birindən fərqlidir, bələ də ona görə bir-birimizi başa düşürük. Aramızda ölənə qədər saxlayacağımız sirlər var. Səhnəyə çıxanda da onun üçün darıxıram. Bizim aramızda heç vaxt sevgi ola bilməz. Bu yaxınlarda birgə apardığımız verilişdən qabaq ayaqqabımın bağı açıldı, Çağla "dayan, tez bağlayım" deyib əyildi. Həmin anaın fotosunu paylaşdıq. Gözləmədiyimiz tənqidlər gəldi, fotoya başqa mənalar verdilər. Ona görə sabahısı gün mən onun paltarını ütülədim və bu ikinci fotonu bilərəkdən paylaşdıq".
Ayşən Zeynallı