Aleyna prodüseri haqda: "Sadəcə dostuq"

Aleyna prodüseri haqda: "Sadəcə dostuq"

Müğənni Aleyna Tilki eşq yaşadığı iddia edilən prodüser Emrah Karaduman ilə birlikdə görüntülənib.

O, “Aranızda sevgi münasibəti var” sualına: “Biz sadəcə yaxşı dostuq. Klipimiz bu il ən çox izlənən klipləri sırasındadır. Ona görə çox xoşbəxtik və onu qeyd etməyə gəldik”, - deyib.

Qeyd edək ki, 16 yaşlı qız bir müddət əvvəl Diyarbəkirdə konsert verən zaman oraya hücum olmuşdu və 6 nəfər yaralanmışdı. Bundan sonra depresiyaya düşən Aleyna Türkiyəni tərk edəcəyini bildirmişdi.

Ayşən Zeynallı