Alen Simonyan "Sülh körpüsü" təşəbbüsünün iştirakçıları ilə görüşüb
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan "Sülh körpüsü" təşəbbüsü üzrə 5-ci dəyirmi masa iştirakçılarının erməni və azərbaycanlı iştirakçıları ilə görüşüb.Görüş zamanı iştirakçılar Təhlükəsizlik Şurasının katibinə suallar veriblər, həmçinin ideya və fikir mübadiləsi aparılıb.Qeyd edək ki, Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 5-ci görüş keçirilir. Ermənistan və Azərbaycandan ümumilikdə 60 vətəndaş cəmiyyətinin nümayəndəsi iştirak edir.
url:
http://kepezfm.az/xeberler/alen-simonyan-s%C3%BClh-k%C3%B6rp%C3%BCs%C3%BC-t%C9%99%C5%9F%C9%99bb%C3%BCs%C3%BCn%C3%BCn-i%C5%9Ftirak%C3%A7%C4%B1lar%C4%B1-il%C9%99-g%C3%B6r%C3%BC%C5%9F%C3%BCb

