Canlı
Aktyor Çenninq Tatum 9 illik həyat yoldaşını başqasına dəyişdi

Aktyor Çenninq Tatum 9 illik həyat yoldaşını başqasına dəyişdi

Amerikalı aktyor Çenninq Tatum 9 illik həyat yoldaşı Cenna Deyuendən boşandıqdan sonra yeni münasibətə başlayıb. Aktyor hazırda müğəni Cessi Ci ilə görüçür. 38 yaşlı Çenninq ilə 30 yaşlı Cessinin bir neçə gün öncə bərabər qolf oynadığı bildirilir. Bundan başqa, ifaçının son iki konserində Tatumun da tamaşaçılar arasında yer aldığı vurğulanır. Qeyd edək ki, Çenninq Tatumla Cenna Dyuenn-Tatum 2006-cı ildə çəkildikləri “İrəli addımla” (“Step up”) filminin çəkilişi zamanı tanış olmuşdular. Üç il sonra ailə quran cütlüyün 2013-cü ildə qızı dünyaya gəlib.

2018-10-12 / 09:53