Canlı
Aktrisa Sandra Ballok gizlicə ərə getdi

Aktrisa Sandra Ballok gizlicə ərə getdi

Aktrisa Sandra Ballok uzun müddətdir eşq yaşadığı sevgilisi Brayan Randalla gizlicə ailə qurub. 52 yaşlı aktrisa özündən bir yaş balaca sevgilisi ilə Los-Ancelesdə qəhvə içərkən görüntülənib. Paparazzilərə tuş gələn cütlüyün barmağında nişan üzüyü olub. Qeyd edək ki, Sandra 2005-ci ildə Cessi Ceymslə ailəli olub. Bu nikah 5 il davam edib və onlar 2010-cu ildə boşanıblar. Aktrisa Brayanla 2015-ci ildən bərabərdir.

2018-03-08 / 14:47