Canlı
Aktrisa Çimnaz Sultanova elə dəyişdi ki, izləyiciləri tanımadı

Aktrisa Çimnaz Sultanova elə dəyişdi ki, izləyiciləri tanımadı

Aktrisa Çimnaz Sultanova görünüşündə dəyişiklik edib. O, saçlarını tünd rəngə boyatdırıb və onları kəsdirib. Aktrisa son günlər xeyli çəki də atıb. İzləyiciləri onu tanımadıqlarını yazıb və pəhrizini soruşublar. Çimnaz bildirib ki, çox çətin pəhriz saxlayır: “Bütün günü səhərdən axşama qədər ancaq su içirəm. Bilmirəm bu qədər çətin pəhrizə necə dözəcəm. Amma çəkimdəki rəqəmləri görəndə sevinirəm. Bir həftəyə 5-6 kiloqram çəki gedir. Səhər soda ilə su içirəm. Sonra yağsız qatıq içir, arada onu pomidor şirəsi ilə əvəzləyirəm. Üçüncü gün istədiyim şirəni içir, dördüncü gün isə salat yeyirəm. Daha sonra yenidən 3 gün ancaq su içirəm. 250 millilitr suya ¼ qaşıq soda tökmək lazımdır”. Aktrisa yaxın günlərdə yeni serialla tamaşaçıların görüşünə gələcəyini də deyib.

Videonu bu linkdən izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=kNxtz0pCEL4

2018-02-09 / 15:13