Canlı
"Ailəni boş buraxmaq olmaz" - İslam Mehrəliyev

"Ailəni boş buraxmaq olmaz" - İslam Mehrəliyev

“Bircə dəfə serialda çəkilmişəm. Başqa kanallardan təkliflər gəlir, amma istəmirəm”. Bu sözləri aktyor İslam Mehrəliyev verilişlərin birində deyib. “Yanlış anlama” filmi ilə türkiyədə tanınan islam yeni təkliflər aldığını söyləyib: “Türkiyəyə gedən deyir ki, bizi orada qəbul etmirlər. Mən orada elə şey görmədim. Əksinə, elə danışırlar ki, elə bil illərdi tanıyırsan. Bu işin içindəsənsə, sənə eyni dəyər veriləcək. Mənə yeni təkliflər də gəldi. Ərsəyə gəlsin, danışacam. Amma yaxın vaxtda “Yanlış anlama” filminin ikinci hissəsini çəkəcəyik. Orada birdəfəlik qala bilmərəm, ürəyim partlayar”. Mehrəliyev "Evdə də deyib-gülürsən" sualına "Bunu anamdan soruşun. Deyir ki, nə olub küçədə deyib-gülürsən, evə gələndə sifətin çönür. Evdə başqa oluram. Hər şeyin qədəri var. Aktyoram deyə, durub elə oynayım? Ailəni gərək möhkəm qoruyasan, onu boş buraxmaq olmaz" cavabını verib.

2017-12-06 / 16:31