Aİ səfiri Azərbaycan XİN-ə çağırılıb, etiraz notası təqdim olunub
Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyunciç Xarici İşlər Nazirliyinə çağırılıb. Nazirliyin məlumatına görə, görüşdə Avropa Parlamenti tərəfindən 30 aprel tarixində qəbul edilən qətnamədə Azərbaycana qarşı yer alan müddəalar sərt şəkildə tənqid edilib və qarşı tərəfə etiraz notası təqdim olunub.Azərbaycan tərəfi sənədin reallıqları təhrif etdiyini, suverenlik və ərazi bütövlüyünə zidd olduğunu bildirib.Eyni zamanda Qarabağla bağlı iddiaların əsassız olduğu və bu cür çağırışların daxili işlərə müdaxilə kimi qiymətləndirildiyi vurğulanıb.
url:
http://kepezfm.az/xeberler/ai-s%C9%99firi-az%C9%99rbaycan-xin-%C9%99-%C3%A7a%C4%9F%C4%B1r%C4%B1l%C4%B1b-etiraz-notas%C4%B1-t%C9%99qdim-olunub

