Ahmet Kayanın həyatı haqda film çəkilir

Ahmet Kayanın həyatı haqda film çəkilir

Türkiyəli mərhum ifaçı Ahmet Kayanın həyatı haqda film çəkilir. Üç prodüser birləşərək sənətçinin 20-ci ölüm ildönümündə onun həyatını əbədiləşdirəcək. Ahmedo iki gözüm adlı film 16 noyabrda 27 ölkədə yayımlanacaq. Ekran işinin ilk hissəsi sənətçinin qəbrinin yerləşdiyi Parisdə çəkilir. Türkiyə, Almaniya və İsveçrənin ortaq işi olan film İranlı rejissorlar tərəfindən ekranlaşdırır. Filmin baş rol aktyorunun adı hələ ki, gizli saxlanılır.

Nurlana Abdullayeva

2019-03-13 / 11:41