AGMA məktəblərdə vahid geyim qaydalarına riayət etməyə çağırıb
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası məktəblərdə vahid geyim qaydalarının tətbiqi ilə bağlı bəyanat yayıb.Bəyanatda geyim qaydalarına riayət olunmasının nizam-intizamın qorunması və şagirdlər üçün bərabərhüquqlu təhsil mühitinin yaradılması baxımından əhəmiyyətini vurğulayıb.Qaydaların tətbiqi zamanı məktəb rəhbərliyi və müəllimlərin vahid, həssas və peşəkar yanaşma nümayiş etdirməsinin, şagirdlərin hüquq və ləyaqətinin qorunmasının vacibliyi qeyd olunub.Assosiasiya valideynləri narahatlıqlarını qarşılıqlı hörmət və konstruktiv dialoq əsasında ifadə etməyə çağırıb. Həmçinin müəllimlərin davranışı, ünsiyyət mədəniyyəti və geyimi ilə şagirdlərə nümunə olmalı olduqları bildirilib.
url:
http://kepezfm.az/xeberler/agma-m%C9%99kt%C9%99bl%C9%99rd%C9%99-vahid-geyim-qaydalar%C4%B1na-riay%C9%99t-etm%C9%99y%C9%99-%C3%A7a%C4%9F%C4%B1r%C4%B1b

