AFFA Qazax şəhərində futbol festivalı təşkil edib
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə, eləcə də Qazax şəhərinin "2026-cı ilin idman paytaxtı" seçilməsi ilə əlaqədar AFFA-nın təşkilatçılığı ilə Qazax şəhər stadionunda kütləvi futbol festivalı keçirilib.Tədbirdə Qazaxda yaşayan 100-dən çox uşaq iştirak edib.Festival çərçivəsində iştirakçılar müxtəlif futbol oyunlarında və əyləncəli estafet yarışlarında qüvvələrini sınayıblar.
url:
http://kepezfm.az/xeberler/affa-qazax-%C5%9F%C9%99h%C9%99rind%C9%99-futbol-festival%C4%B1-t%C9%99%C5%9Fkil-edib

