AFFA bir neçə klubu cərimələdi
Martın 1-də keçirilən "Turan Tovuz" – "İmişli" matçında meydan sahiblərinin 4 futbolçusunun sarı vərəqə alması səbəbindən Tovuz təmsilçisi 700 manat cərimə olunub.Həmçinin həmin gün baş tutan "Qarabağ" – "Sabah" qarşılaşmasında Ağdam klubunun 5 oyunçusu xəbərdarlıq aldığı üçün komanda 700 manat, azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyi və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığı üçün isə klub daha 8000 manat cərimə edilib.
url:
http://kepezfm.az/xeberler/affa-bir-ne%C3%A7%C9%99-klubu-c%C9%99rim%C9%99l%C9%99di

