ADY ilk dəfə regiondaxili marşrut üzrə sərnişin daşımalarına başlayır
“Azərbaycan Dəmir Yolları” QSC 28 sentyabr 2025-ci il tarixindən Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə regiondaxili sərnişin daşımalarına başlayır. Gündə iki dəfə hərəkət edəcək qatarlar Mingəçevir, Gəncə, Tovuz və Ağstafa stansiyalarında dayanacaq. Səyahət standart, biznes və birinci sinif kateqoriyalarında mümkündür, minimum bilet qiymətləri 2.60–6.80 AZN təşkil edir. İlkin proqnoza görə, marşrut üzrə illik sərnişin sayı 100 min nəfərə yaxın olacaq.
url:
http://kepezfm.az/xeberler/ady-ilk-d%C9%99f%C9%99-regiondaxili-mar%C5%9Frut-%C3%BCzr%C9%99-s%C9%99rni%C5%9F-da%C5%9F%C4%B1malar%C4%B1na-ba%C5%9Flay%C4%B1r-0