ADMİU tələbələrini hədələyən şəxslər polisə çağırılıb
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birinci kurs tələbələrini sosial şəbəkədə hədələyən şəxslərlə bağlı polis tərəfindən tədbir görülüb.Daxili İşlər Nazirliyindən bildirilib ki, sosial şəbəkədə yayılan görüntülərdə adı keçən şəxslərlə profilaktik söhbətlər aparılıb, barələrində protokollar tərtib edilib. Həmin şəxslər bu kimi hallara yol verməmələri barədə xəbərdar ediliblər.Qeyd edək ki, “TikTok”da yayılan canlı yayım görüntülərində ADMİU-ya yeni qəbul olunan tələbələrin hədələndiyi əks olunub.
url:
http://kepezfm.az/xeberler/admiu-t%C9%99l%C9%99b%C9%99l%C9%99rini-h%C9%99d%C9%99l%C9%99y%C9%99n-%C5%9F%C9%99xsl%C9%99r-polis%C9%99-%C3%A7a%C4%9F%C4%B1r%C4%B1l%C4%B1b

