ADMİU-nun tələbələrinin hədələnməsi ilə bağlı araşdırma aparılır
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birinci kurs tələbələri ilə bağlı sosial şəbəkədə yayılan video narazılığa səbəb olub. Videoda bəzi şəxslərin tələbələri hədələdiyi və onlara fiziki xəsarət yetirəcəklərini bildirdiyi görünür. DİN məsələ ilə bağlı araşdırma aparır. Videonun müəllifləri isə görüntülərin kontekstdən çıxarılaraq yayıldığını və söhbətin əvvəlki il baş verən hadisələrlə bağlı olduğunu bildiriblər.
url:
http://kepezfm.az/xeberler/admiu-nun-t%C9%99l%C9%99b%C9%99l%C9%99rinin-h%C9%99d%C9%99l%C9%99nm%C9%99si-il%C9%99-ba%C4%9Fl%C4%B1-ara%C5%9Fd%C4%B1rma-apar%C4%B1l%C4%B1r

