ABŞ və İran arasında ekspertlər səviyyəsində danışıqlar başlayıb
İsveçrədə ABŞ və İran arasında əldə olunmuş memorandumun icra mexanizmləri və müvafiq komitələrin yaradılması üzrə ekspertlər səviyyəsində danışıqlara başlanılıb. Pakistanın Baş naziri Şahbaz Şərif bildirib ki, ABŞ və İran arasında aparılan danışıqlar çərçivəsində Yüksək Səviyyəli Komitənin ilk iclası başa çatıb.Görüş konstruktiv atmosferdə keçib və mühüm irəliləyiş əldə olunub. Tərəflər yekun sazişə aparan 60 günlük yol xəritəsi, siyasi nəzarəti həyata keçirəcək komitənin yaradılması və texniki danışıqların davam etdirilməsi barədə razılığa gəliblər.Şahbaz Şərif Pakistanın sülh və diplomatiyanın təşviqinə yönəlmiş səylərini davam etdirəcəyini vurğulayıb.
url:
http://kepezfm.az/xeberler/ab%C5%9F-v%C9%99-iran-aras%C4%B1nda-ekspertl%C9%99r-s%C9%99viyy%C9%99sind%C9%99-dan%C4%B1%C5%9F%C4%B1qlar-ba%C5%9Flay%C4%B1b

