ABŞ İranda toy mərasiminin keçirildiyi yeri bombalayıb
ABŞ ordusunun İranın Sirik şəhərində yaşayış məntəqələrindən birinə endirdiyi zərbə nəticəsində yaralananların sayı 50 nəfərə çatıb. Zərbəyə toy mərasiminin keçirildiyi obyekt məruz qalıb. Hadisə zamanı 2 nəfər həyatını itirib.Bu arada, İran Hörmüz boğazından keçid üçün yeni qaydalar tətbiq edib. Gəmilərdən sığorta və bank zəmanəti tələb olunacaq. İranla müharibədə iştirak edən ölkələrin gəmilərindən isə əlavə təzminat tələb oluna bilər. Tehranla təzminat məsələsində razılığa gəlməyən ölkələrin gəmilərinin Hörmüz boğazından keçidinə icazə verilməyəcəyi bildirilib.
url:
http://kepezfm.az/xeberler/ab%C5%9F-iranda-toy-m%C9%99rasiminin-ke%C3%A7irildiyi-yeri-bombalay%C4%B1b

