ABŞ Mərkəzi Komandanlığı İranın cənubundakı radar və pilotsuz uçuş aparatlarının idarəetmə məntəqələrinə zərbələr endirdiyini açıqlayıb. Vaşinqton bunu ABŞ-yə məxsus pilotsuz aparatın vurulmasına cavab adlandırıb.SEPAH isə ABŞ-nin Sirik adasındakı rabitə qülləsinə endirdiyi zərbəyə cavab olaraq Amerika aviabazasının hədəfə alındığını və nəzərdə tutulan obyektlərin məhv edildiyini bildirib.Bu arada, ABŞ Prezidenti Donald Tramp İranla mümkün sazişin əsas hissəsinin nüvə proqramı ilə bağlı olduğunu açıqlayıb. Tramp razılıq əldə olunmasa, hərbi əməliyyatların bərpa edilə biləcəyini də istisna etməyib. ABŞ ordusu son həftələrdə onlarla ticarət gəmisinin təhlükəsiz keçidini təmin etdiyini açıqlayıb. İran isə yeraltı raket bazalarının bir hissəsinə çıxışı bərpa etdiyini bildirib.

