Ağsuda toy karvanında avtoxuliqanlıq edən sürücülər həbs olunub
Ağsuda avtoxuliqanlıq edən sürücülər Cəmil Qurbanov və Yusif Yusifov saxlanılıb.Onlar idarə etdikləri "Mercedes" və "Tofas" markalı avtomobillərlə toy karvanında yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçıları üçün təhlükə yaradıblar. Həmin şəxslər bu əməllərini qeydə alaraq sosial şəbəkə hesablarında paylaşıblar.Sürücülər barəsində1 il müddətinə məhdudlaşdırılmaqla onların hər birinə 15 sutka inzibati qaydada həbs tətbiq olunub.
url:
http://kepezfm.az/xeberler/a%C4%9Fsuda-toy-karvan%C4%B1nda-avtoxuliqanl%C4%B1q-ed%C9%99n-s%C3%BCr%C3%BCc%C3%BCl%C9%99r-h%C9%99bs-olunub

