Ağsuda narkotik satışı ilə məşğul olan şəxs tutulub
Ağsu Rayon Polis Şöbəsi tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 34 yaşlı Tale Məmmədli saxlanılıb. Onun üzərindən 3 kiloqrama yaxın marixuana və metamfetamin aşkarlanıb. Saxlanılan şəxs narkotikləri satış məqsədilə İran vətəndaşından əldə etdiyini bildirib. Faktla bağlı cinayət işi başlanıb.
url:
http://kepezfm.az/xeberler/a%C4%9Fsuda-narkotik-sat%C4%B1%C5%9F%C4%B1-il%C9%99-m%C9%99%C5%9F%C4%9Ful-olan-%C5%9F%C9%99xs-tutulub