Ağdamda insan skeletinə bənzər qalıqlar aşkarlanıb
Ağdamın Baş Qərvənd kəndi ərazisində qazıntı zamanı insan skeletinə bənzər sümük qalıqlar aşkarlanıb.Faktla bağlı müvafiq qurumların əməkdaşları əraziyə cəlb olunub. İlkin məlumata görə, sümüklərin mənşəyinin və kimə aid olduğunun müəyyənləşdirilməsi məqsədilə ekspertizalar təyin edilib.Hazırda araşdırmalar davam etdirilir.
url:
http://kepezfm.az/xeberler/a%C4%9Fdamda-insan-skeletin%C9%99-b%C9%99nz%C9%99r-qal%C4%B1qlar-a%C5%9Fkarlan%C4%B1b

