Ağdamda baş verən yanğında xəsarət alanlar Bakıya aparılıb
Ağdamın Quzanlı qəsəbəsində gecə saatlarında fərdi yaşayış evində baş verən yanğın nəticəsində xəsarət alan nənə və nəvə Bakıda xəstəxanaya yerləşdirilib.60 yaşlı nənəyə 1-ci və 2-ci dərəcəli texniki yanığı,12 yaşlı nəvəyə isə 1-ci dərəcəli texniki yanığı diaqnozu qoyulub.
Qeyd edək ki, Ağdamın Quzanlı qəsəbəsində 3 otaqlı evdə baş verən yanğın zamanı biri uşaq olmaqla, iki nəfər ağır yanıq xəsarəti alıb.
url:
http://kepezfm.az/xeberler/a%C4%9Fdamda-ba%C5%9F-ver%C9%99n-yan%C4%9F%C4%B1nda-x%C9%99sar%C9%99t-alanlar-bak%C4%B1ya-apar%C4%B1l%C4%B1b