Ağdamda Azərbaycan və Türkiyə şəhid ailələrinin iştirakı ilə "Qardaşlıq körpüsü" konfransı keçirilir
Ağdamda Azərbaycan və Türkiyə şəhid ailələrinin iştirakı ilə “Qardaşlıq körpüsü” adlı konfrans təşkil olunub. Tədbirdə Azərbaycan və Türkiyə şəhid ailələri arasında əlaqələrin gücləndirilməsi, təcrübə mübadiləsi və ortaq dəyərlərin gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti vurğulanıb.Səfər proqramı üzrə nümayəndə heyəti Bakı, Xankəndi, Şuşa, Xocalı və Ağdamda olub, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri ilə tanış olub.
url:
http://kepezfm.az/xeberler/a%C4%9Fdamda-az%C9%99rbaycan-v%C9%99-t%C3%BCrkiy%C9%99-%C5%9F%C9%99hid-ail%C9%99l%C9%99rinin-i%C5%9Ftirak%C4%B1-il%C9%99-qarda%C5%9Fl%C4%B1q-k%C3%B6rp%C3%BCs%C3%BC-konfrans%C4%B1

