Ağdamda üçotaqlı evdə yanğın baş verib, xəsarət alanlar var
Ağdamın Quzanlı qəsəbəsində 3 otaqlı evdə baş verən yanğın zamanı biri uşaq olmaqla, iki nəfər ağır yanıq xəsarəti alıb. Xəstəxanaya çatdırılan yaralılara 2-ci dərəcəli yanıq diaqnozu qoyulub. Yanğının yanaşı tikililərə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.
url:
http://kepezfm.az/xeberler/a%C4%9Fdamda-%C3%BC%C3%A7otaql%C4%B1-evd%C9%99-yan%C4%9F%C4%B1n-ba%C5%9F-verib-x%C9%99sar%C9%99t-alanlar-var