Ağdam Azərbaycanın dördüncü böyük şəhərinə çevriləcək

Xankəndidə keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, azad edilmiş ərazilərdə yenidənqurma vahid baş plan konsepsiyası əsasında həyata keçirilir. Onun sözlərinə görə, Ağdam Azərbaycanın dördüncü böyük şəhərinə çevriləcək, burada 100 min, Füzulidə isə 50 min nəfərin yaşaması planlaşdırılır. İlin sonuna qədər Xocavənd rayonuna 1 300-1 500 ailənin köçürülməsi nəzərdə tutulur. Emin Hüseynov həmçinin qeyd edib ki, gələn il Ağdam şəhərində daha 300 ailə yeni salınan ikinci yaşayış kompleksinə yerləşdiriləcək. Gələn ay isə Ağdama 900 ailənin qayıdışı gözlənilir.

url: 
http://kepezfm.az/xeberler/a%C4%9Fdam-az%C9%99rbaycan%C4%B1n-d%C3%B6rd%C3%BCnc%C3%BC-b%C3%B6y%C3%BCk-%C5%9F%C9%99h%C9%99rin%C9%99-%C3%A7evril%C9%99c%C9%99k
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik