Ağdam, Əsgəran və Xocalıda 24 min hektar əkinəyararlı torpaq sahibkarları gözləyir
Ağdam, Əsgəran və Xocalı rayonlarında 24 min hektardan çox əkinəyararlı torpaq sahəsi hələ kənd təsərrüfatı dövriyyəsinə cəlb olunmayıb.Bunu Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda keçirilən Aqrar Biznes Festivalında bildirib.Həmin ərazilərdə 50 min hektardan çox əkinəyararlı torpaq var. Dövriyyəyə cəlb olunmayan sahələr isə istifadə üçün hazırdır.Emin Hüseynov sahibkarları bu torpaqlardan istifadə etməyə çağırıb və ərazilərdə həm infrastrukturun, həm də dövlət dəstəyinin olduğunu qeyd edib.
url:
http://kepezfm.az/xeberler/a%C4%9Fdam-%C9%99sg%C9%99ran-v%C9%99-xocal%C4%B1da-24-min-hektar-%C9%99kin%C9%99yararl%C4%B1-torpaq-sahibkarlar%C4%B1-g%C3%B6zl%C9%99yir

